Zakir Qaralovdan prokurorluq işçilərinə ciddi xəbərdarlıqbackend

Zakir Qaralovdan prokurorluq işçilərinə ciddi xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

TİA.AZ-ın verdiyi xəbərə görə, Baş prokuror Zakir Qaralov kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib: “Müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaş tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib”.

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.