Zakir Həsənov Şuşa əməliyyatı barədə: “Aviasiya və artilleriyadan istifadə etmədik”backend

Zakir Həsənov Şuşa əməliyyatı barədə: “Aviasiya və artilleriyadan istifadə etmədik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şuşa əməliyyatı barədə hər şeyi danışmaq olmaz. Bu əməliyyat bugünə qədər də məxfidir.
Bu sözləri “REAL TV”-yə müsahibəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyev Şuşa əməliyyatına dair bir sıra ciddi tapşırıqlar vermişdi:
“Verilən tapşırıqlardan birini demək istəyirəm. Prezident xüsusilə tapşırdı ki, keçiriləcək əməliyyatlarda nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni, burada bizim çətinliklərimiz var idi, biz artilleriyadan güclü istifadə edə bilmədik. Həmən ərəfədə hava da buludlu oldu. Şuşa əməliyyatı zamanı biz pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik, kəşfiyyatın aparılmasında da çətinliklər yaranırdı. Təyyarə və helikopterlərimizdən də istifadə edə bilmədik. Biz aviasiya və artilleriya ilə Şuşa ətrafındakı əriziləri işlədik necə lazımdır, Ermənistan qoşunlarını artilleriya ilə darmadağın etdik. Onlar çox ciddi itki verdilər. İnternetdə şəkillər var, səpələniblər Laçın dəhlizi boyu.
Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığını gördüm. Mən mətbuatda istehkam mühəndis qoşunlarının adlarının çəkildiyini görmədim. İstərdim onların da adı çəkilsin. Onlar qısa bir müddətdə inanılmaz iş görüb, yol çəkdilər. Bu yol ermənilər üçün şok oldu. Ermənilər bizim Şuşaya əsas hücum istiqamətimizi başqa yoldan gözləyirdilər deyə, güclərini başqa yerdə cəmləmişdilər.
Daha sonra bizim qəhrəman topçularımızın işini qiymətləndirirəm. Təcrübəli mütəxəssislər bizim topçuların atışına baxıb “tapança kimi vururlar” deyiblər. Topla 30-60 km məsafəni dəqiq vururlar.
Şuşa əməliyyatında kəşfiyyat, həmlə birlikləri və elitar qoşunlarımız hesab olunan xüsusi təyinatlılar bu əməliyyatda iştirak ediblər. Bu gün də Şuşa əməliyyatının təşkili barədə maraqlanırlar, lakin bu gizli məlumat olaraq qalacaq”