Tribuna İnformasiya Agentliyi

Zakir Həsənov Sarkisyanla yanaşı durmaqdan imtina etdi – Foto

01 Dekabr

Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdiriblər. 

Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdiriblər.

TİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla yanaşı durmaqdan imtina edib və bacardığı qədər onu özündən aralayıb. Belə ki, protokola görə hər ölkənin müdafiə naziri öz ölkəsinin bayrağı qarşısında dayanmalı idi. Əlifba qaydasına görə Azərbaycan və Ermənistan bayraqları yanaşı qoyulub, nəticədə Zakir Həsənov da istər-istəməz Vigen Sarkisyanla yanaşı dayanıb foto çəkdirməliydi. Lakin Zakir Həsənov Sarkisyandan uzaq durmaq üçün MDB-nin icraiyyə komitəsinin sədri Sergey Lebedevi kənara sıxışdırıb və nəticədə MDB bayrağı ilə Azərbaycan bayrağı arasında dayanıb, eyni zamanda Sarkisyandan aralanıb.

Erməni mənbələri bildirir ki, bundan əvvəlki toplantılarda da Azərbaycan müdafiə naziri keçmiş nazir Seyran Ohanyandan və Ermənistan bayrağından mümkün qədər aralı durmağa çalışıb.