ZAKİR HƏSƏNOV MUZDLU ERMƏNİLƏRLƏ BAĞLI NƏ TAPŞIRDI? – İZAHbackend

ZAKİR HƏSƏNOV MUZDLU ERMƏNİLƏRLƏ BAĞLI NƏ TAPŞIRDI? – İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin xidməti müşavirəsində iki məqam diqqət çəkir. TİA.Az xəbər verir ki, birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitinin təhlil edilməsi,ikincisi, komando birliklərinin fəaliyyətinin müzakirə edilməsi.
Nazir Zakir Həsənov tərəfindən Həhəm sərhəddə, həm Qarabağda ordunun hazırlıqlı olması, həm də komando birliklərinin döyüş hazırlığına diqqət yetirilməsi tapşırığı verildi.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Bəbelə müşavirələr davamlı keçirilir və bu də növbəti müzakirələrdən biri hesab oluna bilər: “Lakin son proseslər fonunda xüsusilə maraqlıdır – Qarabağdakı erməni ordusunun qalıqlarının muzdlularla əvəzlənməsi istəyi, Laçın şəhərinin təhvil verilməsinə qarşı etirazlar, sərhədin delimitasiyası işində ermənilərin problemlər yaratması və s;
Bütün hallarda ordunun daim hazır olması vacibdir, çünki bir neçə aydır hökm sürən sakitlik ermənilərin “baş qaldırması”na şərait yaradıb, “buynuzlarını çomağa sürtürlər”.

TİA.Az