Tribuna İnformasiya Agentliyi

Zakir Həsənov macarıstanlı səfirlə görüşdü

09 Dekabr

Dekabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüşüb. 

Dekabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.

Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri diplomata Azərbaycanın NATO, eləcə də Macarıstanla əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Səfir də öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.