Zakir Həsənov: “Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub”backend

Zakir Həsənov: “Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub”.

TİA.AZ xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.

“Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir”, – Zakir Həsənov vurğulayıb.