Zakir Fərəcovun restoranında toy məclisi – Polis əməliyyat keçirdibackend

Zakir Fərəcovun restoranında toy məclisi – Polis əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Sumqayıt şəhərində yerləşən “Poseydon” restoranında keçirilən toy mərasimi polis əməkdaşları tərəfindən yaxalanıb.

TİA.AZ “Konkret”ə istinadən xəbər verir ki, məlumatda təxminən 150 nəfərin toplaşdığı məclisdə karantin qaydalarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata əsasən, polis əməkdaşları tərəfindən vaxtında aşkar edilən məclis tez bir zamanda ləğv edilərək, iştirakçılar barədə inzibati tədbirlər görülüb.

Deyilənə görə, sözügedən restoranda pandemiya dövründə bundan öncə də dəfələrlə toy-nişan məclisləri təşkil edilib.