Zakir Fərəcovun 3 milyonluq “işıqlandırma biznesi”backend

Zakir Fərəcovun 3 milyonluq “işıqlandırma biznesi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt Küçə İşıpqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “RELİABLE OİL SERVİCES” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 289 320.46 AZN olan müqavilədə elektrik mallarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “RELİABLE OİL SERVİCES” MMC 14 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı Şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani, ev 22, mənzil 69-da yerləşir. MMC-nin qanuni təmsilçisi Fərəcov Anar İntiqam oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. Amma Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi bu naməlum şirkətlə vaxtaşırı satınalma müqaviləsi imzalayır.
Ümumiyyətlə, 2019-2021-ci illərdə Sumqayıtın işıqlandırılmasına 10 satınalma müqaviləsi əsasında nə az, nə çox 3 082 346.96 AZN sərf olunub. Satınalma müqavilələri “RELİABLE OİL SERVİCES” MMC, “NURTEL ELEKTRİK” MMC, “İNTERKABEL” və “WEB-SERVİS” firmaları ilə imzalanıb.
Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovdur. O, Sumqayıtın keçmiş icra başçısı Təvəkkül Məmmədovun yaxın qohumudur. Əhməd Məmmədovun uzun müddətdir bu idarədə işləməsinin səbəbi də mərhum Təvəkkül Məmmədovla qohumluğudur.
Digər tərəfdən, Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) tabedir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MKTİB-in rəisi isə Hüseyn Həsənovdur. Bu şəxs Zakir Fərəcovun bacısı oğludur. İddia olunur ki, “işıqlandırma maxinasiyası”nın arxasında o dayanır.