Tribuna İnformasiya Agentliyi

Zakir Fərəcovun qardaşı məlumatı təkzib etdi,amma ortaya fakt qoyuldu-FOTO

18 Noyabr

Tia.az xəbər verir ki,bir müddət əvvəl müstəqil araşdırmaçı jurnalist Cavaşir Həsənli Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovun Türkiyədə aldadıldığı barədə məlumat yaymışdı və həmin məlumatda bildirmişdi ki, Kuşadasında ona saxta sənədlərlə dəyəri bir necə milyon olan restoran və mənzil satılmış, daha sonra əmlak əlindən alınmışdır. Bu səbəbdən də keçmiş deputat Türkiyə prezidentinə şikayət məktub yazmışdı və həmin məktubu yaymışdı. Lakin Nazim Fərəcov dərhal bu məlumatı təkzib etmişdi və Türkiyə prezidentinə heç bir məktub yazmadığı barədə məlumat vermişdi.
Bu günlərdə müstəqil araşdırmaçı jurnalist Cavaşir Həsənli sosial şəbəkədə Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovun Türkiyə prezidentinə şikayətinin Türkiyə mediyasında gedən surətini paylaşıb. Cavanşir Həsənlinin yazır:
Yadınızdadırsa, bir müddət əvvəl Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovun Türkiyədə aldadıldığı barədə məlumat yaymışdım. Həmin məlumatda bildirmişdim ki, Kuşadasında ona saxta sənədlərlə dəyəri bir necə milyon olan restoran və mənzil satılmış, daha sonra əmlak əlindən alınmışdır. Bu səbəbdən də keçmiş deputat Türkiyə prezidentinə şikayət məktub yazmışdı və həmin məktubu yaymışdım.
Amma Nazim Fərəcov dərhal bu məlumatı təkzib etmişdi. Nazim Fərəcov AzToday.az-a açıqlamasında Türkiyədə hər hansı bir biznesinin olması ilə bağlı məlumatları “yalan” adlandırmışdı. Demişdi ki, belə bir şey olmayıb və Türkiyə prezidentinə də məktub yazmayıb:
“Türkiyə prezidentinə hər hansı bir müraciət etməmişəm. Bu yalanı kim və hansı məqsədlə quraşdırıb, bilmirəm. Yayılan məlumat həqiqəti əks etdirmir. Türkiyədə də hər hansı bir biznesim yoxdur”.
İndi siz Türkiyə prezidentinə şikayətlər ünvanlanan aşağıdakı linkə daxil olub, icra başçısının təkzib etdiyi məktubla bir daha tanış ola bilərsiniz.
http://sayinbasbakanim.com/sikayet-dolandiricilikla-ilgili/

Tia.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.