Bakıda qəribə asfalt çəkildi: “Bizi təbrik edə bilərsiniz” – VİDEObackend

Bakıda qəribə asfalt çəkildi: “Bizi təbrik edə bilərsiniz” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda aparılan təmir işləri təəccüb doğurub. “Ölkə.Az” xəbər verir ki, Sabunçu rayonu Zabrat 1 qəsəbəsində çəkilən asfalt örtüyü qəribəliyi ilə diqqət çəkib.

Belə ki, küçədə aparılan təmir işlərini qəsəbə sakini Rafael İsmayılov mobil telefonu ilə çəkərək ironiya ilə “bizi təbrik edə bilərsiniz, dostlar” deyib.

“Bizim məhəlləmizdir. Asfalt çəkirlər. Siz belə asfalt görməmisiniz. Buyurun baxın. Bu, bizim yeni asfaltımızdır”, – o əlavə edib.