Azərbaycanlı kikboksçu Zabit Səmədov Türkiyənin ən çox baxılan seriallarından olan “Kuruluş Osman”da yenidən rol alıb.
Qarabağdan olan Gəncə bəy obrazını canlandıran Zabit son bölümlərdən birində azan oxuması ilə diqqət çəkib.
Qeyd edək ki, Zabit Səmədov çəkilişlərdən sonra Bakıya qayıdıb.