Tribuna İnformasiya Agentliyi

Zabit Səmədov sabah fransız rəqibi ilə növbəti döyüşünə çıxacaq

15 Avqust
Azərbaycanın K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov növbəti döyüşündə muay-tay üzrə Fransa çempionu Bris Quidon ilə qarşılaşacaq.
Virtualaz.org-un xəbər verdiyi kimi, avqustun 16-da Qroznıda Çeçenistan Respublikasının birinci prezidenti Hacı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq üzrə turnir keçiriləcək.
Zabit Səmədovun rəqibi fransalı K-1 döyüşçüsü, 1.98 metr boya malik Bris Quidon olacaq.