Tribuna İnformasiya Agentliyi

Zabit Səmədov Ərdoğanla bir arada – VİDEO

13 Mart

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Türkiyə prezidenti Receb Tayyib Ərdoğanla görüşüb.

BAKU.WS xəbər verir ki, həmyerlimiz bu barədə şəxsi Instagram hesabında paylaşım edib.

Sivasda səfərdə olan Ərdoğan tədbirlərdən birində Zabit Səmədovla görüşüb və birgə şəkil çəkdiriblər.

İdmançı Instagram hesabında görüşlə bağlı bunları yazıb:

“Türk və müsəlman dünyasının tək rəisi, Türkiyə Cumhuriyyətinin prezidenti, cənab Receb Tayyip Ərğanla tanışma şərəfinə nail oldum. Allah ondan razı olsun. İki dövlət, bir millət”.

O, yayımladığı şəkilə “Rəcəb Tayyib Ərdoğanla tanış olmaq şərəfinə nail oldum. Allah ondan razı olsun” şərhini yazıb.