Tribuna İnformasiya Agentliyi

Zərdabda bayrağımıza qarşı hörmətsizlik – Bayraq Meydanından FOTOLAR

07 Noyabr

Zərdab rayonunun Bayrağ Meydanında Azərbaycanın Dövlət Bayrağına hörmətsizlik edilib.

Missiya.Az-ın əldə etdiyi fotolarda bayrağın səliqəsiz şəkildə aşağı endirildiyi və dirəyə bağlanıldığı öz əksini tapıb. Foto bu gün səhər saatlarında çəkilib.

Himnimizin dəyişdirilməsi ilə bağlı təklifə kütləvi etirazın müşahidə olunduğu bir ərəfədə bayrağınıza qarşı hörmətsizlik təəssüf doğurur. Ümid edirik ki, Zərdab rayon İcra Hakimiyyətinin rəhbərliyi bu arzuolunmaz mənzərəni qısa müddətdə aradan qaldıracaq.