Tribuna İnformasiya Agentliyi

Zənciləri ağlardan axmaq sayan 90 yaşlı irqçi Nobel mükafaçtısı titullarından məhrum edilib

14 Yanvar

Amerikalı genetika alimi, molekulların strukturunu təsvir etdiyi üçün Nobel mükafatını qazanan Ceyms Uotson fəxri adlarından məhrum edilib.

TİA.AZ BBC-yə istinadən xəbər verir ki, buna onun insanların ağıl səviyyəsini irqi mənşəyə bağlayan fikirləri səbəb olub.

Hələ 2007-ci ildə Böyük Britaniyanın “Sunday Times” qəzetinə müsahibə verən Ceyms Uotson Afrikanın perspektivindən məyus olduğunu söyləmişdi. “Bizim bütün sosial siyasətimiz onların intellektinin bizlərlə eyni olması üzərində qurulub. Halbuki bütün testlər bunun belə olmaıdğını göstərir”,-deyə o qeyd edib.

Məhz bu müsahibədən sonra doktor Uotson “Kold Sprinq Harbor” laboratoriyasındakı işindən məhrum qovulub. Sonradan hər kəsdən üzr istəyən professor birtəhər fəxri kansler və Oliver Qreys adına mükafatını qoruyub saxlaya bilmişdi. Üstəlik, jurnalistlər onun ulu babalarının qaradərili olduğunu aşkara çıxarıb.

Aradan 12 il müddət keçdikdən sonra “Kold Sprinq Harbor” Uotsonun fikirlərini dəyişmədiyi üçün qalan bütün adlarını geri alıb. Belə ki, bu ilin yanvar ayının əvvələrində ABŞ-ın PBS kanalında “Amerikalı ustalar, Uotsonun şifrələrini açarkən” adlı sənədli filmdə o, yenə də ağlar və qaralar arasında intellekktual qabiliyyət fərqinin olması fikrini müdafiə edib.

Laboratoriya alimi elmi cəhətdən çürük və qərəzli olan fikirləri yaymaqda ittiham edib. “İntellektual inkişaf üzrə əksər ekspertlər sübut ediblər ki, ağlar və qaralar arasındakı fərq onların genetik xüsusiyyətindən deyil, mühitdən irəli gəlir”,-deyə qurumun açıqlamasında bildirilir.

Hazırda Uotson avtomobil qəzasından sonra bərpa prosesi keçdiyi qocalar evində qalır.

Ümumiyyətlə, bu alim başqa fikirləri ilə də mənf reaksiyalar doğurmağı bacarıb. Məsələn, o, ən gözəl qızların yaradılması üçün gen mühəndislyinin nailiyyətlərindən istifadə olunmasını təklif etmişdi. Bununla da Uotson əslində Hitlerin də bəyəndiyi “yevgenika”, yəni gen laboratoriyası yolu ilə ideal insan növünü yaradılması fikrini dəstəkləmiş olub.