Tribuna İnformasiya Agentliyi

Zəlzələyə görə canlı efir dayandı: aparıcı stolun altına girdi-VİDEO

06 İyul

ABŞ-ın Kaliforniya şəhərində baş vermiş güclü zəlzələ yerli KCAL9 telekanalının aparıcılarına həyəcanlı anlar yaşadıb.

REN TV xəbər verir ki, teleaparıcılar xəbərlər buraxılışı zamanı yeraltı təkanları hiss ediblər.

İyulun 6-da baş vermiş hadisə zamanı onlar proqramı dayandırmaq qərarına gəliblər. Qadın aparıcı əvvəlcə kişi həmkarının qolundan tutub, sonra isə hətta stolun altında gizlənib.

Xatırladaq ki, iyunun 6-da Kaliforniyanın cənubunda 6,9 (bəzi iddialara götrə, 7,1) maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 03:19-da qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesdən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.