Yüzlərlə insanın qətlə yetirildiyi Buçadan dəhşətli görüntülər (FOTOLAR)backend

Yüzlərlə insanın qətlə yetirildiyi Buçadan dəhşətli görüntülər (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada yüzlərlə dinc insanın öldürüldüyü Buça şəhərindən fotoları yayımlanıb.
TİA.AZ  “RBC-Ukraina”ya istinadən xəbər verir ki, görüntülərdə şəhərdə kütləvi dağıntılar, xaos əks olunub.
Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb. Şəhər iki gündü Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Şəhər Rusiya işğalçılarından təmizləndikdən sonra kütləvi edamlar, işgəncələr və zorlamalar faktları üzə çıxıb. Küçələrdə yüzlərlə insan cəsədi qalıb. Həlak olanlar arasında uşaqlar da var.

İmran Kərimli