Yüzlərlə insanı təxliyə edən ukraynalı futbolçu öldürüldübackend

Yüzlərlə insanı təxliyə edən ukraynalı futbolçu öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynalı futbolçu Aleksandr İvaşşik Kiyev vilayətinin İrpin şəhərində öldürülüb.
TİA.AZ  Ukrayna mediasına istinadən xəbər verir ki, Aleksandr müharibə başlayandan insanlara kömək edirdi.
O, yüzlərlə insanın, xüsusən də qocaların təxliyəsinə köməklik edib. Bu barədə İrpinin meri Aleksandr Markuşin Telegram kanalında məlumat verib:
“Bu gün daha bir ağrılı itki var. Könüllümüz Aleksandr İvaşşik İrpində düşmən atəşi altında həlak olub. Saşa futbolçu idi, “İrpin” veteran komandasında oynayırdı. Müharibə başlayandan insanlara kömək etməyə tələsdi. Yüzlərlə insanın təxliyəsinə kömək etdi, xüsusilə yaşlılara. Onun 2 azyaşlı övladı qaldı”.