Tribuna İnformasiya Agentliyi

Yusif Səfərov küçəsi yeni görkəmdə – Video

10 Aprel

Xəbər verdiyimiz kimi, təmir işləri yekunlaşdırılan Yusif Səfərov küçəsi gecə saatlarından sürücülərin istifadəsinə verilib.  

Xəbər verdiyimiz kimi, təmir işləri yekunlaşdırılan Yusif Səfərov küçəsi gecə saatlarından sürücülərin istifadəsinə verilib. 

TİA.AZ  “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, 1.25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub.

Küçə boyu aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədərgenişləndirilib. Bundan başqa, küçənin köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib.