Yusif Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilibbackend

Yusif Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

TİA.AZ-ın  məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Y.Axund-zadə 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. Y.Axund-zadə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Y.Axund-zadəyə general-mayor rütbəsi verilib.