Tribuna İnformasiya Agentliyi

Yupiter Yerdən 10 dəfə böyük planetlə toqquşub (İDDİA)

17 Avqust
NASA-nın Yupiterə göndərdiyi “Juno” kosmik kəşfiyyat vasitəsi planetlə bağlı suallara aydınlıq gətirə bilər.
Yupiterin 4,5 milyard il əvvəl Yerdən 10 dəfə böyük planetlə toqquşduğu güman edilir. Təxminlərə görə, Yupiterin özəyi bu toqquşmadan sonra hələ də fırlanmağa davam edir. Planet qayalı və buzlu planet kimi formalaşıb, daha sonra ətrafında qaz və toz kütləsi yığılmağa başlayıb.
“Juno”nun topladığı məlumatların proseslərə aydınlıq gətirəcəyi güman edilir.