Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı – VİDEObackend

Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən “Anadolu” adlı gəmiyə atəş açıb.
Tia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.
Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.
Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.