Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölübbackend

Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda 85 yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra dünyasını dəyişib.

TİA.AZ yerli “ERT” telekanalına istinadən xəbər verir ki, hadisə “Heraklion” Universitetinin xəstəxanasında baş verib.

Həkimlər israrla bildirib ki, qocanın ölümü peyvəndlə əlaqəli olmayıb.

Pasiyent peyvənddən sonra gözləmə otağında anidən yıxılıb. Onun ürək tutmasından özündən getməsi bildirilir. Reanimasiya şöbəsinə köçürülənədək ikinci ürəktutması baş verib və o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün xəstəxana rəhbərliyi təcili məhkəmə ekspertizasını tələb ediblər.