Tribuna İnformasiya Agentliyi

Yunanıstan Türkiyəyə xəbərdarlıq etdi: Biz sizi öldürəcəyik

21 Dekabr

Yunanıstanın müdafiə naziri Panos Kammenos ölkənin ərazi bütövlüyünün pozulması cəhdlərinə dair rəsmi Ankaraya xəbərdarlıq edib. FaktXəbər bildirir ki, bu barədə “Ekathimerini” portalı məlumat yayıb.

O, qeyd edib ki, Türkiyə ordusuna məxsus qırıcılar ölkənin hava məkanına daxil olsa, dərhal vurulacaqlar: “Əgər onlar cüzi addım atsalar, vurulacaqlar. Biz sülh istəyirik, sülh şəraitində yaşamaq istəyirik, lakin biz heç bir santimetr belə güzəştə getməyə razı deyilik”.