YUMŞALDILMALAR YOLUXMA SAYINI ARTIRA BİLƏRMİ?-AÇIQLAMAbackend

YUMŞALDILMALAR YOLUXMA SAYINI ARTIRA BİLƏRMİ?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə karantin qaydalarının yumşaldılmasına dair bir sıra qərarlar verilib.
Yeni qərarların virusun yayılmasına təsiri barədə TİA.az-a danışan həkim professor Adil Qeybulla deyib ki, hazırkı vəziyyətdə yumşaldılmalar riskli deyil:
“Düşünürəm ki, karantin qaydalarının yumşaldılması virusun yayılmasını artırmayacaq. Çünki biz indiki mutasiyalarla yaşayırıq. Əgər yeni bir mutasiya yaranmasa fikrimcə, proses sönməyə doğru gedəcək. Bir sözlə, verilən qərarların neqativ nəticələri gözlənilmir”.

TİA.az