Yüksək yeriş sürəti koronavirusa yoluxma riskini azaldır – İngilis alimləri…backend

Yüksək yeriş sürəti koronavirusa yoluxma riskini azaldır – İngilis alimləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəki və yavaş yeriş sürəti insanda yeni  növ koronavirus infeksiyasının ağır bir formasının inkişaf ehtimalını artıran amillərdir.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu, mövzu ilə bağlı araşdırma aparan Britaniya alimlərinin əldə etdiyi nəticədir.

Elmi tədqiqatın müəllifləri 400 mindən çox insanın tibbi informasiyalarını saxlayan Britaniya biobankının məlumatlarını araşdırıblar. Təhlillər göstərib ki, kilolu insanlarda koronavirusun ağır formalarının inkişaf etmə ehtimalı 49 faiz daha yüksəkdir. Ancaq ən çox təhlükə sürətlə gəzə bilməyən insanlar üçündür. Yavaş yeriyən adamlar bədən çəkilərindən asılı olmayaraq risk altındadırlar.

“4.8 km/saat  sürətlə yürüyə bilən normal çəki və boy indeksinə malik olan insanlar, 6.4 km/saat sürətlə gedən insanlarla müqayisədə “COVID-19”-u iki dəfə ağır keçirə bilərlər”- deyə araşdırma müəllifləri bildirir.

Qeyd etmək lazımdır ki, gəzinti sürəti, bədənin ümumi sağlamlığının yaxşı bir göstəricisidir.