Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıbackend

Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbul imtahanları zamanı yüksək bal toplayan, lakin universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb”.

TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib və kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub:

“Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan isə cəmi bir nəfərdir. Onun səbəbi abituriyentin yalnız bir ödənişsiz ixtisas yazmasıdır. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan 8 nəfərdir”.

O qeyd edib ki, qəbul olmayan həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.