Tribuna İnformasiya Agentliyi

Yubileydə qalmaqal: Amaliya Pənahova nazirlə oturmaq istəyib – FOTO

06 Dekabr

Bir neçə gün bundan əvvəl Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib. Bir neçə gün bundan əvvəl Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.

Tədbirdə baş nazirin müavini Mədəniyyət və Turizm naziri, Ombudsman,millət vəkilləri, ölkənin ictimai-siyasi xadimləri iştirak edib.
Bizimyol.info xəbər verir ki, baş tutan tədbirdə maraqlı olay yaşanıb. Belə ki, xalq artisti Amaliya Pənahova tədbirin rəsmi protokol qonaqları sırasına daxil edilməyib. Xalq artisti zala daxil olaraq rəsmi qonaqlar sırasında əyləşmək istəyib, lakin tədbirin təşkilatçıları buna imkan verməyib.Amaliya Pənahova təkidlə o sırada əyləşmək istədiyini bildirsə də bu mümkün olmayıb. Onun əyləşdiyi yerin yüksək rütbəli məmur üçün ayrıldığı bilidirilib. Bu zaman xalq artisti yüksək səslə danışaraq tədbiri tərk edəcəyini bildirsə də, daha sonra o tamaşaçılar arasında özü üçün ayrılmış yerdə əyləşib.Bu hadisə zalda oturan insanlar tərəfindən təəccüblə qarşılanıb.