YPX avtomobili radara düşdü, cəriməsi başqasına yazıldı – RƏSMİ AÇIQLAMA – FOTObackend

YPX avtomobili radara düşdü, cəriməsi başqasına yazıldı – RƏSMİ AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
TİA.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.
Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.
Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictiamiyyətlə əlaqələr şöbəsinin rəisi, Polis mayoru Rövşən Tağıyev Lent.az-a münasibət bildirib.
O, hadisənin texniki səhv ucbatından baş verdiyini və problemin aradan qaldırıldığını dilə gətirib:
“Yollarda təhlükəsizlik qaydalarının xüsusən, sürət həddinin qeydə alınması texniki avadanlıqlarla həyata keçirildiyi üçün bəzi hallarda belə səhvlər olur. Bu səhvlər isə adətən bir hərf səhvi nəticəsində baş verir. Hazırda problem dərhal aradan qaldırılıb və vətəndaşa göndərilən cərimə ləğv edilib”.