Yoxsulluq 2030-cu ilə qədər sona çatmayacaqbackend

Yoxsulluq 2030-cu ilə qədər sona çatmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ilə qədər ifrat yoxsulluğa son qoymaq məqsədinə nail olmaq mümkün deyil.

TİA.AZ  xəbər verir ki, bu barədə Dünya Bankının Yoxsulluq və Ortaq Rifah Hesabatının 2022-ci il buraxılışında dərc edilib.

Hesabatda, COVID-19 pandemiyasının1990-cı ildən bu yana qlobal yoxsulluğun azaldılması səylərinə ən böyük zərbə vurduğu, Ukraynadakı müharibənin də vəziyyəti daha da pisləşdirdiyi qeyd edilib.

Koronavirus pandemiyası 70 milyona yaxın insanı həddindən artıq yoxsul edib.

Hesabatda 2020-ci ildə həddindən artıq yoxsulluq içində yaşayan insanların sayının 11 faiz artaraq 719 milyona çatadığı bildirilib.

Hesabatda 2020-ci il tarixi dönüş nöqtəsi ili olaraq xarakterizə edilib.

Son dərəcə yoxsul insanların 60 faizinin yarımsəhra Afrika ölkələri olduğu bildirilib.

Dünya Bankının hesabatında qeyd edilir ki, mövcud tendensiyaları nəzərə alsaq, 2030-cu ilə qədər əksəriyyəti Afrikada olan təxminən 600 milyon insan hələ də gündə 2,15 dollardan az pulla yaşayacaq.

İnkişaf etməkdə olan iqtisadiyyatlarda orta yoxsulluq səviyyəsinin 2,4 bənd daha yüksək ola biləcəyi qeyd edilib.

Dünya Bankının prezidenti David Malpas da hesabatla bağlı verdiyi açıqlamada, koronavirus pandemiyasının və Ukraynadakı müharibənin gətirdiyi iqtisadi qarışıqlığın irəliləyişlərə təsir göstərdiyini söyləyib.

David Malpass qlobal kapitalın bölüşdürülməsini yaxşılaşdırmaq, valyuta sabitliyini dəstəkləmək, inflyasiyanı azaltmaq və orta aylıq əməkhaqqının artımını yenidən başlatmaq üçün makroiqtisadi siyasətlərdə düzəlişlərə ehtiyac olduğunu bildirdi.