Tribuna İnformasiya Agentliyi

“YouTube” tarixinin ən çox izlənən videosu – “DESPACİTO”

06 Aprel

Puerto Riko ifaçıları Luis Fonsi və Deddi Yankinin “Despacito” mahnısının klipi rekord izlənmə sayı əldə edib.

TİA.AZ-ın xəbərinə görə, 2017-ci ilin yanvarında “YouTube”da yerləşdirilən klipin izlənmə sayı 5 milyardı ötüb. Beləliklə, “Despacito” “YouTube” tarixinin ən çox izlənən videosu olub.

Klip ötən ilin avqustunda 3 milyard, dekabrında isə 4 milyard baxış toplamışdı.