“YouTube” silah videolarına senzura qoyurbackend

“YouTube” silah videolarına senzura qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Youtube” videoportalı odlu silahlarla bağlı videolara əlavə məhdudiyyətlər qoyacaq.

TİA.AZ xəbər verir ki, “Google”a məxsus olan “YouTube”un tətbiq edəcəyi məhdudiyyət çərçivəsində odlu silahlar, səsboğucuların düzəldilməsi və montajı barədə məlumatların yer aldığı videolara əngəl yaradılacaq.

Videoportalın silah satışı reklamları da yasaqladığı bildirilir.

“YouTube” odlu silahlarla bağlı məhdudiyyətlərə ötən ildən başlayıb.

ABŞ-da hər il baş verən onlarla silahlı hücumu, buna görə şikayətləri nəzərə alan portal odlu silah reklamlarını öz kateqoriyaları siyahısından çıxarıb.