YouTube Rusiya media kanallarını bütün dünyada bloklamağa başladıbackend

YouTube Rusiya media kanallarını bütün dünyada bloklamağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
YouTube Rusiyanın dövlət media kanallarını bloklamağa başlayıb.
 
TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə Telegram-da Ukrayna baş nazirinin müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.
“YouTube dərhal bütün dünyada Rusiyanın dövlət media kanallarını bloklamağa başlayır”, – deyə məlumatda bildirilir.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada rusiyalı təbliğatçılar RT və Sputnik-in YouTube kanalları bağlanıb.
Eyni zamanda, Google qeyd edib: “Sistemlərimizin tam şəkildə yerləşdirilməsi üçün vaxt lazımdır. Komandalarımız operativ tədbirlər görmək üçün vəziyyəti gecə-gündüz izləməyə davam edir.”
Bir gün əvvəl YouTube rus istifadəçiləri üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırıb.