“Youtube” də Rusiyaya qadağa qoydu: Pul qazanmaq funksiyasını bağladıbackend

“Youtube” də Rusiyaya qadağa qoydu: Pul qazanmaq funksiyasını bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“YouTube” Rusiya istifadəçiləri üçün bütün monetizasiya (pul qazanmaq) funksiyalarını dayandırıb.
TİA.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu, Premium, Music Premium-a abunə olan rusiyalı istifadəçilərə də aiddir.
Bu barədə videohostinq rusiyalı istifadəçilərə göndərdiyi məktublarda məlumat verib.
“Biz bu tədbirləri YouTube Premium və Music Premium abunəlikləri, sponsorluqlar, super çat, super stikerlər, Rusiyadakı bütün izləyicilər üçün məhsullar da daxil olmaqla monetizasiya ilə bağlı bütün funksiyalara şamil edirik. Bu o deməkdir ki, YouTube yaradıcıları bu funksiyalardan müvəqqəti olaraq gəlir əldə etməyi dayandıracaqlar. Rusiya”, – şirkətin açıqlamasında bildirilir.