Dünyanın ən məşhur videopaylaşım platforması olan “Youtube”dan ABŞ prezidenti Donald Trampın rəsmi hesabı silinib.
TİA.AZ Nyu-York Post-a istinadla bildirir ki, keçmiş prezidentin rəsmi “Youtube” kanalı azı 1 həftəlik bloklanıb. Buna səbəb kimi Trampın “Youtube”dan istifadə qaydalarını pozması göstərilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Trampın “Twitter” və “Facebook” hesabları da bloklanıb.