YOLUXMA SAYI KƏSKİN ARTSA… – İNFEKSİONİSTDƏN XƏBƏRDARLIQbackend

YOLUXMA SAYI KƏSKİN ARTSA… – İNFEKSİONİSTDƏN XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yoluxma saylarında mütəmadi olaraq artımlar müşahidə oluna bilər”. Bunu TİA.Az-a infeksionist Nilufər Məmmədova deyib. Onun sözlərinə görə, artımların olması gözlənilən haldır:
“Xüsusilə virusda yeni mutasiyalar getdikcə, yoluxma sayında artıma gətirib çıxara bilir. Amma hər yoluxma ağır xəstəliklə nəticələnəcək demək deyil. Ona görə də panikaya, həyəcana gərək yoxdur. Sadəcə qorunma tədbirlərinə daha ciddi riayət etməyə çalışmalıyıq. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır.

Lakin yoluxma sayı yenidən yüksək həddə çatarsa, müəyyən tələblər yenidən gündəmə gələ bilər. Əhalini, xüsusilə də simptomları olan şəxslərin daha ehtiyatlı olmağa çağırırıq. Ən yüngül simptomlar olduğu halda belə maskadan istifadə etmək lazımdir. Ona görə də maska qaydası hələ də gündəmdə qalsa, yaxşıdır. Xüsusilə də turistik olaraq xarici ölkələrə səfər edənlər buna daha diqqətli yanaşmalıdırlar. Çünki mutasiyalar xarici ölkələrə səfərlər nəticəsində yayılır”.

Aytac

TİA.Az