Yoluxma sayı açıqlandı: Aktiv xəstə sayı 1000-dən aşağı düşdübackend

Yoluxma sayı açıqlandı: Aktiv xəstə sayı 1000-dən aşağı düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
zərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.
Son gündə koronavirus əleyhinə 32 795 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.