Yoluxma iki mindən aşağı düşdü, 17 nəfər öldübackend

Yoluxma iki mindən aşağı düşdü, 17 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib. 25 356 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, bu günə qədər isə ümumilikdə 4 220 135 test icra olunub.
Son gündə koronavirus əleyhinə 251 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5794483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3420144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2374339 təşkil edir.