Yoluxma azaldı, sağalanların sayı artdı – Günün statistikasıbackend

Yoluxma azaldı, sağalanların sayı artdı – Günün statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.
Azərbaycanda son sutkada 14424  nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6225 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 396391  nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 926076 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470315  nəfərdir.