Yoluxanların sayında azalma varbackend

Yoluxanların sayında azalma var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub.
Son bir gündə koronavirus (COVID-19) əleyhinə 28 427 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 531 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 111 019, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 305 977, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 792 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 801 802, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 211 095 nəfər təşkil edir.