Yoluxanların sayı kəskin azaldıbackend

Yoluxanların sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 27 vaksin vurulub.
Gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 5 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 20-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 263 773, birinci doza peyvəndlərin ümumi sayı 5 314 247, ikinci doza vaksinlərin sayı 4 803 747 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 926 687, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 219 092 olub.