Yoluxanların sayı açıqlandıbackend

Yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 631 yeni yoluxma faktı qeydə alınıb, 1 989 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 547 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 756 nəfər müalicə olunaraq sağalıb, 7 269 nəfər vəfat edib, aktiv xəstə sayı 32 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 367, ötən müddət ərzində isə ümumilikdə 5 284 216 test aparılıb.