“Yoluxanların 82 faizi bu xəstəliyi yüngül keçirirlər”-TƏBİBbackend

“Yoluxanların 82 faizi bu xəstəliyi yüngül keçirirlər”-TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə pandemiyanın 41-ci həftəsini yaşamaqdayıq. 40 həftə ərzində 129 min 544 yoluxma faktı qeydə alınıb.

TİA.AZ xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
” Koronavirus səbəbilə ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox qeydə alınır. Ürək-damar, hipertoniya, xərçəng xəstələrində bu hallar müşahidə olunur”.

İnfeksionist bildirib ki, son günlərin statistikası əhali arasında panikaya səbəb olub: “Yoluxan şəxslərin 82 faizi bu xəstəliyi yüngül keçirir və onlar bu səbəblə evdə müalicə oluna bilərlər. Lakin bu şəxslər xəstəxanalara müraciət edir, həkim nəzarəti olmadan dərmandan istifadə edirlər. Vəziyyətləri ağırlaşdığı zaman isə xəstəxanaya gəlib, işi çətinləşdirmiş olurlar”.

O qeyd edib ki, test nəticələri pozitiv çıxanlar və onların ailə üzvləri sosial izolyasiya qaydalarına biganə yanaşırlar: “Bu şəxsləri karantin qaydalarına ciddi riayət etməyə çağırıram. Təəssüf ki, xəstəliyin peyvəndi hələ təsdiqlənməyib. Bu səbəblə sosial məsafəni gözləməli, gigiyena qaydalarına riayət etməli, məcbur olmadıqda kütləvi yerlərdən uzaq qalmaq vacibdir. Yoluxma sayının ciddi şəkildə artıdığı dönəmdə əhalinin dəstəyinə ehtiyac var”.