“Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür” – Hərbi ekspertbackend

“Yolun ermənilər tərəfindən sonradan minalanması ehtimalı böyükdür” – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Həmin yolun sonradan ermənilər tərəfindən minalanması ehtimalı böyükdür”.
Bunu  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Kəlbəcərdə media nümayəndələrinin minaya düşməsi və hadisə nəticəsində 3 nəfərin həyatını itirməsindən danışarkən deyib. Ekspertin fikrincə, həmin ərazilər işlək yol olub:

 

“Baş verən hadisələrdə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Fikirimcə, media nümayəndələrini müşayiət edən aidiyyatı qurumlar bu maşını minalanmış və ya təmizlənməmiş ərazi ilə idarə ediblər”.
Qeyd edək ki, jurnalist, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və yerli icma nümayəndəsi Arif Əliyev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.