Yolu kəsilən vətəndaşı Gədəbəy rayon icra hakimiyyəti süründürür – VİDEObackend

Yolu kəsilən vətəndaşı Gədəbəy rayon icra hakimiyyəti süründürür – VİDEO

Gədəbəy rayon sakini Gülgəz Aslanovanın evinə gedən yol Gədəbəy rayon icra hakimiyyəti və qonşuları tərəfindən kəsilib. Bunu Aslanova əməkdaşımızla söhbətində bildirib.
Onun sözlərinə görə, bu problemdən aidiyyatı qurumların və rayon rəhbərliyinin xəbərdar olmasına baxmayaraq, bu çıxılmaz durumun həlli üçün heç bir addım atılmır.
Məsələ ilə bağlı Gədəbəy şəhər icra nümayəndəsi Şakir Məsimov və bələdiyyə rəhbəri Zülfüqar Yusibov ilə əlaqə saxladıq. Onlar mövvud problemdən xəbərdar olduqlarını bildirdilər və rayon icra hakimiyyəti göstəriş verdiyi təqdirdə yolun açılmasını təşkil edə biləcəklərini vurğuladılar.
Daha ətraflı videomaterialda:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki