Yolçu Xanvəli dünyasını dəyişdibackend

 Yolçu Xanvəli dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın tanınmış jurnalisti Yolçu Xanvəli dünyasını dəyişib.

TİA.AZ xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli məlumat verib.

Jurnalist bir neçə gün əvvəl infarkt keçirmişdi. Y.Xanvəli 5 Saylı Xəstəxanada müalicə olunurdu.

Yolçu Xanvəli 1963-cü ildə anadan olub. Jurnalist “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.