Yol polisinin gözü qarşısında “protiv” gedən “Gelandewagen”- 90 TC 002 – VİDEObackend

Yol polisinin gözü qarşısında “protiv” gedən “Gelandewagen”- 90 TC 002 – VİDEO

Sürücü eyni zamanda qırmızı işıqda keçib

Masazırda əks istiqamətə çıxan daha bir sürücünün videogörüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 90-TC-002 qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü yol polislərinin gözü qarşısında ayırıcı zolağın üzərindən əks istiqamətə keçərək axına qarşı hərəkət edib.
O, qırmızı işıqda yolayrıcına daxil olaraq digər istiqamətdən gələn sürücülərə də maneə yaradıb.

Çox təəssüf ki, ərazidə xidmət aparan polis əməkdaşları həmin sürücüyə heç bir irad bildirməyib və onu inzibati qaydada məsuliyyətə cəlb etməyib.
Ümid edirik ki, DİN-in rəhbərliyi həmin polis əməkdaşları və sürücü barədə ciddi ölçü götürəcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki