Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz aldı (VİDEO)backend

Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz aldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə reyd keçirilib.
DİN Mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobillər yol polisləri tərəfindən yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlanılıb.
Atmosferə nomadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb.
Yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür.
Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.
Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər barələrində müvafiq tədbirlər görülüb.