Yol polisi ilə sürücü arasında insident-VİDEObackend

Yol polisi ilə sürücü arasında insident-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə polislə sürücü arasında daha bir insidentin görüntüləri yayılıb.

TİA.AZ xəbər verir ki, videoda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini bildirir. Polis sürücüdən avtomobildən düşməsini, tabesizlik göstərməməsini tələb edir. Daha sonra polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salır, sürücü isə maşının pəncərəsini qaldırır və polis əməkdaşının əli pəncərədə sıxışıb qalır. Bu zaman digər polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir. Sürücüyə “əli qırıldı, aç qapını, qudurmusan sən, polisi girov götürürsən, təhqir edirsən?” deyərək ona əli ilə zərbələr vurur. Daha sonra digər polis əməkdaşı arxa qapıdan maşına oturur.