Yol polisi bu sürücüləri 300 manat cərimələyir – XƏBƏRDARLIQbackend

Yol polisi bu sürücüləri 300 manat cərimələyir – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Kürdəxanı qəsəbəsində yerləşən qazdoldurma məntəqəsindən qaz balonu doldurub şəxsi maşınlarında evlərinə daşıyan vətəndaşlar Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparılır və 300 manat məbləğində cərimə olunurlar.

Bu barədə hüquqşünas Səbuhi Axundov məlumat verib.

Hüquqşünas bildirib ki, vətəndaşlar məsələnin hüquqi tərəfini öyrənmək məqsədilə ona müraciət ediblər.

“İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitələrində təhlükəli yüklərin daşınması qaydalarının pozulması məsələsi öz əksini tapır. 348-ci maddəyə əsasən, fiziki şəxslər təhlükəli yüklərin daşınmasına görə 100 manat cərimə edilməlidirlər. Söhbət məişət qaz balonlarından gedirsə, Nazirlər Kabinetinin qərarında qaz təchizatından mühafizə qaydalarında sözügedən qaz balonları öz əksini tapmayıb. Belə hallarla rastlaşmamaq üçün qazdoldurma məntəqələri fiziki şəxslərin məntəqəyə daxil olmasına qadağa qoymalı və evlərə çatdırılma ilə bağlı qaydalara dəyişiklik etməlidirlər”, – hüquqşünas qeyd edib.

O bildirib ki, DİN-nin Dövlət Yol Polisi əməkdaşları tərəfindən vətəndaşlara qarşı bu cür cərimələrın qaydalara uyğun olmayan şəkildə tətbiqi etik deyil.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, təhlükəli yüklərin daşınması üçün xüsusi nəqliyyat vasitələri var. Bu, Yol hərəkəti haqqında qanunla tənzimlənir:

“Evdə istifadə edilən məişət qaz balonlarını daşımaq üçün xüsusi yük maşınları var. Vətəndaşlara diqqətli olmalarını, qaz balonları daşımaq üçün təhülkəsizlik məqsədilə həmin avtomobillərdən istifadə etmələrini tövsiyə edirik”, – polkovnik xəbərdarlıq edib.